GündəlikHəyatSiyasət

Türkiyədə hərbi çevriliş cəhdindən 7 il ötür

Turkiya Respublikasining milliy birligi va yaxlitligiga hujum qilish niyatida mamlakatni zulmatga botirmoqchi boʻlgan FETO aʼzolari 2016-yil 15-iyulda xiyonatkor davlat to‘ntarishiga uringan.

15 iyulda Türkiyədə hərbi çevrilişə cəhd hadisələrinin 7 ili tamam olub.

Turanews.kz  xəbər verir ki, hər il ölkənin hər yerində 2016-cı il iyulun 15-də baş vermiş hərbi cinayətin ildönümü ilə bağlı tədbirlər, şəhidlərin anma mərasimləri keçirilir.

Qeyd edək ki, 35 təyyarə, 37 helikopter, 246 zirehli texnika, o cümlədən 74 tank və 4 minə yaxın yüngül silahdan istifadə edilməklə dövlət çevrilişinə cəhd prosesinə 9 minə yaxın hərbçi cəlb edilib. O qanlı və qaranlıq gecədə Türkiyənin gün işığına çıxması üçün döyüşən mülki, polis və əsgərlərdən 150-si Ankarada, 99-u İstanbulda, 2-si isə Muğlada şəhid olub.

Fətullah Gülən və onun tərəfdarları tərəfindən hazırlanan dövlət çevrilişi cəhdinin qarşısının alınması Türkiyədə uzun illər dövlət qurumlarında şəbəkələnmiş terror təşkilatını tam şəkildə ifşa edib.

26 iyul 2016-cı ildə Boğaziçi körpüsünün adı dəyişdirilərək, 15 İyul Şəhidlər Körpüsü olub.

2017-ci il 16 iyul tarixində 15 iyul dövlət çevrilişinə cəhdin birinci ili münasibəti ilə Ankarada 15 İyul Şəhidləri abidəsinin açılışı olub.

2016-cı ilin dövlət çevrilişinə cəhd zamanı, Azərbaycan bütün gücü ilə Türkiyənin yanında olub. Hadisənin ilk anlarından böyük narahatlığını ifadə edən Prezident İlham Əliyev Türkiyə dövlətinə və Prezident Rəcəb Tayyib Ərdoğanın legitim hakimiyyətinə olan dəstəyini açıq şəkildə ifadə edib. Qardaş Türkiyə xalqı Azərbaycanın haqlı və qətiyyətli mövqeyini hər zaman yüksək dəyərləndirib.

15 iyul Türkiyədə Demokratiya və Milli Birlik Günü kimi qeyd olunur.

 

 

Source
TRT

TuraNews

Back to top button