Gündəlik

Türkiyədə 5.6 bal gücündə zəlzələ olub, binalar dağılıb

Malatya'da saat 12.04'te 5,6 büyüklüğünde deprem meydana geldi.

Türkiyənin Malatya bölgəsində 5.6 bal gücündə zəlzələ baş verib

Bu barədə AFAD məlumat yayıb.

Qeyd edilib ki, zəlzələ yerin təxminən 6,97 kilometr dərinliyində baş verib. Zəlzələ nəticəsində dağılan binaların olduğu müəyyən edilib. Hazırda ərazidə axtarış-xilasetmə qrupları fəaliyyət göstərir.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Source
Trend

TuraNews

Back to top button