Gündəlikİqtisadiyyat

Türkiyə İstanbul Qaz Sammitini keçirməyə hazırlaşır

Fevralın 14-15-də Türkiyə qaz qovşağı məsələsini müzakirə etmək üçün sammit keçirəcək

Türkiyə İstanbul Qaz Sammitini keçirməyə hazırlaşır. Fevralın 14-15-də Türkiyə qaz qovşağı məsələsini müzakirə etmək üçün sammit keçirəcək.

Anadolu informasiya agentliyi xəbər verir ki, İstanbul Qaz Sammitində Yaxın Şərq, Aralıq dənizi və Mərkəzi Asiya regionlarından mavi yanacaq istehsal edən ölkələrin, eləcə də Avropadan olan istehlakçıların iştirakı nəzərdə tutulur.

Türkiyənin enerji və təbii ehtiyatlar naziri Fatih Dönməzin sözlərinə görə, rəsmi Ankara Bolqarıstanla yanaşı, Şimali Makedoniya, Rumıniya və Moldovaya qaz nəqli məsələsini müzakirə edir.

Türkiyə Omanla ildə 1,4 milyard kubmetr qaz alınmasına dair 10 illik müqavilə imzalamağa hazırlaşır.

TuraNews

Back to top button