Dünya

Türkiyəyə nüvə enerjisi olan ölkə statusu veriləcək

Türkiyə aprelin 27-də Akkuyu Atom Elektrik Stansiyasına ilk nüvə yanacağı verilməsi ilə nüvə enerjisi olan ölkə statusu qazanacaq .

Turanews.kz Trend-e istinadən xəbər verir ki, daha sonra elektrik stansiyasında yanacaq sınaqları və sertifikatlaşdırma prosesləri başlayacaq.

Qeyd edək ki, Akkuyu Atom Elektrik Stansiyası 2010-cu il mayın 12-də Türkiyə və Rusiya prezidentləri arasında imzalanmış müqavilə çərçivəsindəTürkiyənin Mersin vilayətinin Büyükeceli bölgәsindә tikilib.

2018-ci ilin aprel ayında birinci reaktorun, 2020-ci ilin iyun ayında ikinci reaktorun, 2021-ci ilin mart ayında üçüncü reaktorun, 2022-ci ilin iyun ayında isə sonuncu reaktorun təməli qoyulub.

TuraNews

Back to top button