Gündəlik
Türkiyədə zəlzələ nəticəsində həlak olmuş Azərbaycan vətəndaşlarının sayı 10-a çatıb
Türkiyədə aparılan axtarış-xilasetmə tədbirləri çərçivəsində indiyə qədər zəlzələ nəticəsində həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarının sayı 10 nəfərə çatıb.
Bu barədə Turanews.kz-ye Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.
Qeyd edilib ki, əvvəlki günlərdə şəxsiyyətləri müəyyən edilmiş 6 nəfər vətəndaşımızdan əlavə, 2002-ci təvəllüdlü İsmayıllı Hümam Fəxri oğlunun, 2000-ci il təvəllüdlü Nəzərzadə Gündüz Mübariz oğlunun, 2000-ci il təvəllüdlü Quliyev Samir Həsən oğlunun, 1950-ci il təvəllüdlü Qocayeva Lida Süleyman qızının vəfat etdikləri müəyyən olunub.
Həlak olmuş vətəndaşlarımızın cənazələrinin 16 fevral tarixində Azərbaycana gətirilməsi nəzərdə tutulur.