DünyaGündəlik

Türkiyədə yanğınsöndürən helikopter qəzaya uğrayıb

Türkiyənin İzmir şəhərində meşə yanğınının söndürülməsində iştirak edən yanğınsöndürən helikopter ötən gecə Tahtalı su anbarından su götürərkən qəzaya uğrayıb.

Turanews.kz xəbər verir ki, bir ekipaj üzvü xilas edilib, daha üç nəfərin axtarışları davam etdirilir.

Qəza zamanı helikopterdə 4 nəfər olub. Onlardan biri, Qırğızıstan vətəndaşı olan ikinci pilot sağ-salamat xilas edilib. Vəziyyətinin ağır olduğu öyrənilən pilot SBU Bozyaka Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Digər 3 ekipaj üzvü itkin düşüb.

Qeyd edək ki, ötən gün İzmirin Menderes rayonunda meşə yanğını başlayıb, hadisənin səbəbi hələ müəyyən edilməyib.

Source
Türkiye gazetesi

TuraNews

Back to top button