Dünya
Türkiyə prezidenti taxıl sazişinin uzadıldığını açıqladı
Martın 19-da başa çatan taxıl sazişi uzadılıb.
Turanews.kz xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çanaqqala şəhərində çıxışı zamanı deyib.
R.T.Ərdoğan qeyd edib ki, saziş Rusiya və Ukrayna tərəfləri ilə aparılan danışıqlardan sonra uzadılıb:
“Hər iki tərəflə apardığımız danışıqlar nəticəsində martın 19-da başa çatacaq sazişin uzadılmasına nail olduq”.