Türk İnvestisiya Fondu türk dünyasında iqtisadi inteqrasiyaya töhfə verəcək – Ərdoğan
Cumhurbaşkanı Erdoğan, deprem felaketinde Türkiye'nin yanında olan Türk Devletleri Teşkilatı'na teşekkür etti. Erdoğan, zirvede Türk Yatırım Fonu kurucu anlaşmasının imzalandığını açıkladı. Erdoğan, kurulacak fona İstanbul'un ev sahipliği yapılacağını duyurdu.
Türk İnvestisiya Fondu türk dünyasında iqtisadi inteqrasiyaya töhfə verəcək. İstanbul fonda ev sahibliyi edəcək.
Bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə görüşündən sonra keçirdiyi mətbuat konfransı zamanı deyib.
Dövlət başçısı qeyd edib ki, Türk İnvestisiya Fondunun təsis müqaviləsinin imzalanması sammitin konkret addımları arasında idi.
Türk dünyasında inteqrasiyanın mühərrikləri olan iqtisadiyyat, ticarət, nəqliyyat və enerji sahələrində də əməkdaşlıqları nəzərdən keçirdiklərini bildirən Ərdoğan “Türk İnvestisiya Fondu Təsis Müqaviləsi imzalanması real nailiyyətlərdən biri oldu. Fond sayəsində kiçik və orta sahibkarlıq, inkişaf layihələri, nəqliyyat və logistika zəncirlərinə, infrastruktur layihələrinə, kənd təsərrüfatı və turizm sahəsindəki investisiyalara, bərpa olunan enerji tədqiqatlarına dəstək veriləcək” deyib.
“Bərabər sərmayə töhfəsi və türk dünyasında bərabər səs hüququ əsasında qurulacaq fonda İstanbul ev sahibliyi edəcək. Türk dövlətlərindəki firmaların maliyyəyə daha asan çıxışı olacaq”, – deyə R.T.Ərdoğan bildirib.