Gündəlik

Türk Dövlətləri Təşkilatının fövqəladə Zirvə görüşünün mövzusu açıqlandı

Martın 16-da Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) növbədənkənar zirvə toplantısı keçiriləcək.

Turanews.kz xəbər verir ki, Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu tviterdə yazıb.

“Martın 16-da Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə TDT-nin zirvə toplantısı keçiriləcək. İclasda fəlakət-fövqəladə halların idarə edilməsi və humanitar yardım mövzusu müzakirə olunacaq”, – deyə qeyd edilib.

Xatırladaq ki, ötən il noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirilib.

TuraNews

Back to top button