DünyaGündəlik

“TCG Anadolu” gəmisini beş gündə 61 mindən çox insan ziyarət edib

Türkiyənin dinamik inkişaf edən müasir hərbi sənayesinin ən mühüm nümunələrindən olan “TCG Anadolu” gəmisini beş gündə 61 min 231 nəfər ziyarət edib.

Turanews.kz Anadolu agentliyinə istinadla xəbər verir ki, vətəndaşlar Türkiyənin ən böyük hərbi gəmisini görmək üçün Sarayburnu limanına axın edirlər.

“TCG Anadolu” gəmisi təkcə ilk gündə 8720 nəfər tərəfindən ziyarət olunub.

Qeyd edək ki, “TCG Anadolu” gəmisi aprelin 23-dək ziyarətçilər üçün açıq olacaq.

TuraNews

Back to top button