İstanbulun rəmzlərindən sayılan Sultan Əhməd Məscidi təmirdən sonra ibadətə açıq elan edilib.
Turanews.kz Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, 2018-ci ildən restavrasiyasına başlanılan Məscid Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə bu gün açılıb.
Prezident Ərdoğan açılışda çıxış edib.
“Çox fərqli bir məkandayıq və bu məkanda Ramazan bayramınızı təbrik edirəm. Biz xoşbəxtik ki, bu bərpa işlərini mənalı bir gündə başa vurduq və bu gün cümə gününə təsadüf edən Ramazan bayramı münasibətilə iki bayramı birlikdə yaşadıq.
Ayasofiyanı 3 il əvvəl cümə günü ibadətə açdıq. Allaha şükürlər olsun ki, Ayasofiya o gündən bəri həmişə dolu və canlıdır. Uzun həsrətdən sonra bu gün bərpa işləri başa çatdığı üçün Sultan Əhməd Məscidimizdə cümə namazımızı qıldıq”, – Ərdoğan deyib.
Ölkə başçısı Sultanahmet Məscidini yeni nəsillərə qalacaq şəkildə bərpa etdiklərini vurğulayıb: “Bu yadigarın əsrlər boyu yaşadılması ümidi ilə restavrasiya işləri apardıq”.