Dünya

Şimali Kıbrıs Türk Cümhuriyyəti BMT-nin imzaladığı sazişə münasibət bilidirib

“Əgər Birləşmiş Millətlər Təşkilatının (BMT) Sülhməramlı Qüvvələri bizə hörmət edərsə, Cənubi Kıbrıs (Kipr) Rum tərəfinin razılığı ilə Şimali Kıbrıs Türk Cümhuriyyəti tərəfində xidmət göstərə bilməz”.

Bunu Şimali Kıbrıs (Kipr) Türk Respublikasının xarici işlər naziri Tahsin Ərtoğruloğlu Türkiye Radio və Televiziya Qurumuna (TRT) açıqlamalar verib.

BMT-nin Cənubi Kıbrıs Rum Administrasiyası ilə razılaşmasına reaksiya verən Ərtoğruloğlu BMT Sülhməramlı Qüvvələrinin ölkə ərazisində işləməsi üçün Türkiye tərəfi ilə də razılaşmanın lazım olduğunu vurğulayıb.

Müqavilə layihəsini BMT-yə göndərdiklərini deyən Ərtoğruloğlu ölkəsi ilə müqavilə imzalanmasa, BMT Sülhməramlı Qüvvələrinin ölkədən çıxarılması prosesinin başlaya biləcəyini vurğulayıb.

Ərtoğruloğlu “Biz BMT-yə dedik ki, sizə müqavilə layihəsini verəcəyik və siz onu bizimlə imzalamalısınız. Əgər imzalamasanız Şimali Kıbrıs Türk Cümhuriyyəti ərazisindəki mövcudluğunuz müzakirəyə çıxarılacaqdır” deyib.

“BMT bizə hörmət edən, Adada iki ayrı suveren bərabər dövlətin mövcudluğunu nəzərdə tutan yanaşma ilə bizə hörmətlə yanaşırsa bizimlə bu razılaşmanı imzalamalıdır. Rum tərəfinin təsdiqilə Şimali Kıbrıs Türk Cümhuriyyəti ərazilərində vəzifə icra edə bilməzlər” deyə nazir vurğulayıb.

Source
TRT

TuraNews

Back to top button