Dünya
Serbiyada atışma nəticəsində ölənlərin sayı 8-ə çatıb
Yanvarın 4-də Serbiyanın Mladenovac şəhər icmasının Dubona kəndində baş verən atışma nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.
Bu barədə “Blits” qəzeti xəbər verib.
Ölənlər arasında iki nəfərin şəxsiyyəti müəyyən edilib – bu, 21 yaşlı polis əməkdaşı və onun kiçik bacısıdır.
Digər yeddi xəsarət alan şəxs əməliyyat üçün xəstəxanaya göndərilib. Yaralılar arasında uşaqlar da var.
Atəş aşan şəxsin hərbçinin oğlu 21 yaşlı Uroş B. olduğu güman edilir. Cinayətkar hələ də azadlıqdadır, bölgədə “Qasırğa” planı elan edilib.
Serbiyanın daxili işlər naziri Bratislav Qasiç faciəni terror aktı adlandırıb.