DünyaGündəlik

Sankt-Peterburqun mərkəzində partlayış baş verib

Rusiyanın Sankt-Peterburq şəhərinin mərkəzində Universitetskaya sahilindəki “Street Bar” kafesində partlayış baş verib.

Turanews.kz-in məlumatına görə, bu barədə təcilli yardım xidmətlərindən bildirilib.

Məlumata əsasən, hadisə nəticəsində bir nəfər ölüb, daha 15 nəfər xəsarət alıb.

Partlayış nəticəsində 15 kvadratmetr sahədə kafenin fasad şüşələri uçub. Bildirilib ki, kafedə partlayıcı qurğu işə salınıb.

TuraNews

Back to top button