Gündəlik

Sabahdan bütün xarici vətəndaşların Azərbaycana hava yolu ilə giriş-çıxışına icazə veriləcək

Sabahdan bütün xarici ölkə vətəndaşlarının hava nəqliyyatı vasitəsilə Azərbaycan ərazisinə giriş-çıxışına icazə veriləcək.

News24.az-
ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərarla sabah saat 06:00-dan hava nəqliyyatı vasitəsilə bütün xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin ölkəyə giriş-çıxışına icazə veriləcək.

Qeyd edək ki, Baş nazir Əli Əsədov bu gün Azərbaycanda xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə qərar imzalayıb.

TuraNews

Back to top button