Gündəlik
Sabahdan bütün xarici vətəndaşların Azərbaycana hava yolu ilə giriş-çıxışına icazə veriləcək

Sabahdan bütün xarici ölkə vətəndaşlarının hava nəqliyyatı vasitəsilə Azərbaycan ərazisinə giriş-çıxışına icazə veriləcək.
News24.az-ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərarla sabah saat 06:00-dan hava nəqliyyatı vasitəsilə bütün xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin ölkəyə giriş-çıxışına icazə veriləcək.
Qeyd edək ki, Baş nazir Əli Əsədov bu gün Azərbaycanda xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə qərar imzalayıb.