İdman

Saatlar keçsə də sevindirici xəbərlər gəlir

Fevralın 6-da Kahramanmaraşda Türkiyeni dərindən sarsıdan zəlzələdə dağıntılar altından müjdə vermək üçün yüzlərlə xilasetmə qrupu və minlərlə könüllü fəaliyyətlərini davam etdirir. (YENİLƏNİB)

Fevralın 6-da Kahramanmaraşda Türkiyeni dərindən sarsıdan zəlzələdə dağıntılar altından müjdə vermək üçün yüzlərlə xilasetmə qrupu və minlərlə könüllü fəaliyyətlərini davam etdirir.

Saatlar keçsə də dağıntılar altından ümidverici xəbərlər gəlməkdə davam edir.

Hatayın Belen bölgəsində baş verən zəlzələdən 82 saat sonra möcüzə baş verib və ana, ata və 3 uşaq dağıntılar altından sağ-salamat çıxarılıb.

15 yaşlı Əli Battal zəlzələdən 81 saat sonra, 40 yaşlı Selma Zərər və 14 yaşlı Nida 80 saat, 2 yaşlı Mert Tatar isə 79 saat sonra dağıntılar altından xilas edilib.

Axtarış-xilasetmə işləri nəticəsində təxminən 81 saat sonra Diyarbəkirdə baş verən zəlzələdə çökmüş binanın dağıntıları altından 8 yaşlı uşaq çıxarılıb. Bağlar rayonunda yaşayış binasının dağıntıları altında qalan qadın 72 saat sonra xilas edilib.

Qaziantep vilayətinin İslahiye rayonunda 17 yaşlı Ünzilə Şirin zəlzələdən 78 saat sonra binanın dağıntıları altından xilas edilib.

Ersin və Mustafa Tabur və ataları Mithat Tabur da 76 saatdan sonra xilas edilib.

Adanada zəlzələ nəticəsində çökən binanın dağıntıları altında qalan qadın zəlzələdən 75 saat sonra xilas edilib.

Kahramanmaraşda yaşayış binasının dağıntıları altından 72 yaşlı İsmail Altınoluk, 72 saat sonra aralarında 5 yaşlı uşaq, 49 yaşlı Duran Şeker olmaqla 3 nəfərlik ailə 70 saat sonra , 68 saat sonra 80 yaşlı qadın xilas edilib.

Diyarəkirin Bağlar rayonunda yaşayış binasının dağıntıları altında qalan qadın 72 saat sonra xilas edilib.

Hatayda sökülən yaşayış binasının dağılmasından 72 saat sonra 5 nəfər xilas edilərkən, ana və oğlu, ayrıca biri uşaq olmaqla 2 xarici ölkə vətəndaşı 67 saat sonra, Kırıkhanda baş verən zəlzələdən 67 saat sonra 3-ü uşaq olmaqla 6 nəfər sağ-salamat xilas edilib. Zəlzələdən 66 saat sonra 7 aylıq körpə də dağıntılar altından xilas edilib.

Adıyamanda zəlzələdən 77 saat sonra dağıntılar altından 36 yaşlı kişi, 65 saat sonra Ceren və Elif bacıları Gölbaşı rayonunda 70 saat sonra xilas edildiqdə, Şanlıurfanın Birecik rayonunda bir qadın 69 saat sonra yaralı olaraq çıxarılıb.

TuraNews

Back to top button