Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Hindistanın Kəlküttə şəhərində keçirilən “Tata Steel” turnirinin blits yarışında üçüncü yeri tutub.
AZƏRTAC xəbər verir ki, təmsilçimiz 18 turda 9,5 xal toplayıb. Turnirin qalibi 12,5 xalla Hindistan şahmatçısı Arjun Erigaisi olub.