İqtisadiyyatSiyasət

Rusiyalı milyarder Qarabağdan qanunsuz olaraq qızıl ixrac edir

Hazırda Qarabağda gizlənən erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan qızıl qaçaqmalçılığı ilə məşğuldur.

Trend-in məlumatına görə, Laçın yolunda vəziyyət yerli ermənilərin təqdim etmək istədiklərindən çox uzaqdır.

Azərbaycan ekoloqları Qarabağdakı qızıl və mis mədənlərində monitorinq aparmalı idilər və bu barədə Rusiya sülhməramlıları ilə razılıq əldə olunmuşdu. Lakin Azərbaycan nümayəndə heyəti əraziyə gələndə oraya monitorinqi pozmaq üçün erməni fəallar göndərilib. Bundan sonra Şuşada Rusiya sülhməramlılarının postu yaxınlığında Azərbaycandan olan fəalların, QHT nümayəndələrinin və ekoloqların etiraz aksiyası keçirilib və onlar Rusiya komandanlığından Bakı nümayəndələrinin monitorinqinə icazə verilməsini tələb ediblər.

Bunun fonunda Ermənistan tərəfi vəziyyəti “humanitar böhran” kimi təqdim etməyə çalışır. Özünü “Qarabağın dövlət naziri” adlandıran erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan “minlərlə insanın üzləşdiyi böhrandan” danışır.

Bununla yanaşı, mənbənin Trend-ə verdiyi məlumata görə, Vardanyan Rusiya ilə əlaqələrini pozmayıb. O, Rusiya vətəndaşlığından imtina etsə də, Rusiyadakı biznesini və aktivlərini saxlayıb. O, 2022-ci ildə Qərbin sanksiyalarından gizlənərək Qarabağda qeyri-qanuni qızıl hasilatı və ixracı ilə məşğul olmağa başlayıb.

Məhz bu, Vardanyanın canfəşanlığını və ermənilərin Laçın dəhlizindəki vəziyyəti “humanitar böhran” kimi təqdim etmək cəhdlərini izah edir. Faktiki olaraq orada yaşayan 25-30 min erməni rusiyalı milyarderin qanunsuz biznesinin girovuna çevrilib. Bu baxımdan, hətta Qarabağın özündə də əhali tərəfindən Vardanyandan narazılıq artır. İnsanlar Vardanyanı və əlaltılarını günahlandırırlar ki, onların işlərinə görə çətinliklərə və məhrumiyyətlərə dözmək məcburiyyətində qalırlar.

Trend-in siyasət şöbəsi

Source
Trend.az

TuraNews

Back to top button