Gündəlikİqtisadiyyat

Qazaxıstanla Azərbaycan arasında biznes sazişləri imzalanıb

Bakıda Azərbaycanla Qazaxıstan arasında saziş və memorandumların imzalanması mərasimi baş tutub.

Turanews.kz Trend-e istinadən xəbər verir ki, Qazaxıstandan Azərbaycana metal məhsulların və polad lövhələrin, həmçinin qida məhsulları və qənnadı məmulatlarının tədarükü üzrə saziş imzalanıb.

Bundan başqa, Azərbaycana Qazaxıstandan akkumulyator və transformatorların tədarükü üzrə sənəd imzalanıb.

Qeyd edək ki, aprelin 5-də Bakıda Azərbaycan-Qazaxıstan biznes forumu keçirilib.

TuraNews

Back to top button