Qazaxıstan və Özbəkistanın hərbi birləşmələri terror qrupları ilə mübarizə çərçivəsində “Kanjar-2023” birgə təliminin ikinci mərhələsini keçirib.
Turanews.kz Trend-e istinadən həber verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi açıqlama yayıb.
Məlumata əsasən, Qazaxıstanın Xəzər dənizi sahilində yerləşən Manqistau vilayətində keçirilən təlimi hər iki ölkənin müdafiə nazirləri izləyiblər.
Bundan əlavə, Mərkəzi Asiyada hərbi təhlükəsizliyi təmin etmək məqsədi daşıyan təlimdə Mi-8, Mİ-35 helikopterləri, SU-30SM təyyarələri və Skylark 1LEX pilotsuz uçuş aparatları ilə yanaşı, çoxlu sayda piyada döyüş maşını, artilleriya və zenit sistemlərindən istifadə edilib.
Qeyd edək ki, təlimin ilk mərhələsi avqust ayının əvvəlində Özbəkistanda keçirilib.