
TuraNews.kz rus KİV-lərinə istinadən xəbər verir ki, Putinin bu dəfə etdiyi müraciəti martın 15-dən 17-dək ölkədə keçiriləcək prezident seçkiləri ilə bağlı olub.
Məlumata görə, o, ölkə vətəndaşlarından seçkilərə gəlməyi, səsvermədə iştirak etməyi xahiş edib.
Qeyd edək ki, Rusiyada prezident seçkiləri bu il martın 15-dən 17-dək keçiriləcək. Dövlət başçısı postu uğrunda hazırkı Prezident Vladimir Putin, liberal demokrat partiyasının namizədi Leonid Slutski, komunistlərin namizədi Nikolay Xaritonov və “Yeni insanlar” partiyasının namizədi Vladislav Davankov mübarizə aparacaqlar.