Dünya

Putin “G20” sammitində iştirak etməyəcək

Rusiya prezidenti Vladimir Putinin “G20” (“Böyük İyirmilik”) ölkələrinin sammitində iştirakla bağlı planları yoxdur.

Turanews.kz xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.

“Prezidentin bu cür planları yoxdur. Bildiyiniz kimi, prezident BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin, CAR) sammitində onlayn iştirak edib, hazırda onun qrafiki doludur”, – Kremlin rəsmi nümayəndəsi deyib.

Qeyd edək ki, “Böyük İyirmilik” 19 ölkədən və Avropa İttifaqından ibarətdir. Bu ölkələr Argentina, Avstraliya, Braziliya, Kanada, Çin, Almaniya, Fransa, Hindistan, İndoneziya, İtaliya, Yaponiya, Cənubi Koreya, Meksika, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası (CAR), Böyük Britaniya və Amerika Birləşmiş Ştatlarıdır (ABŞ). Hazırda “G20″yə Hindistan sədrlik edir. “G20” ölkələrinin növbəti, 18-ci sammiti 9-10 sentyabr tarixlərində Hindistanın paytaxtı Nyu-Dehli şəhərində keçiriləcək.

TuraNews

Back to top button