Çərşənbə axşamı Rusiya Prezidenti Vladimir Putin deyib ki, Ermənistan Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb və Azərbaycan Prezidenti İlham Əliyev də ona deyib ki, Ermənistan Qarabağın onların olduğunu tanıyıb, Qarabağın statusu məsələsi artıq gündəmdə yoxdur, o həll olunub”.
“Ermənistan rəhbərliyi açıq şəkildə bildirib ki, Azərbaycan SSR-in 1991-ci ilə qədərki ərazisini tanıyır və Qarabağın özünün də daxil olduğu rəqəmi açıqlayıb. Bu, bizim qərarımız deyil, Ermənistan rəhbərliyinin qərarıdır”, Putin deyib.
Putin əlavə edib ki, Azərbaycanda deyirlər ki, əgər Rusiya kömək etmək istəyirsə, Qarabağla bağlı bütün məsələlər Bakı ilə ikitərəfli əsasda həll olunmalıdır.
“Biz nə deyə bilərik? Burada deyiləcək bir şey də yoxdur. Əgər Ermənistan özü Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyırsa, Qarabağın statusunu Ermənistan özü müəyyənləşdirib”, Putin əlavə edib.
Putin xatırladıb ki, İkinci Qarabağ müharinbəsindən əvvəl Rusiya Qarabağ münaqişəsinin nizamlanması üçün Ermənistana öz təklifini edib: İki rayon – Kəlbəcər və Laçın rayonları və bütünlüklə Qarabağ Ermənistanın yurisdiksiyası altında qalsın, amma 10-15 il ərzində cəhd göstərmələrinə baxmayaraq, Ermənistan rəhbərliyi bu varianta razılaşmayıb.
Putin bu çıxışı Vladivostokda keçirilən Şərq İqtisadi Forumun plenar iclasında deyib.