2015-ci ilin sonunadək istehsal edilmiş 8300 milyon ton plastikdən 6300 milyon tonu atılıb. Həmin plastik tullantıların çoxu hələ də bizimlədir, poliqonlarda basdırılır və ya ətraf mühiti çirkləndirir. Bəs bütün plastik əşyaları həyatımızdan çıxara bilsək nə olacaq? Planetin gələcəyi naminə bu, cazibədar bir perspektiv olardı. Bəs plastik olmadan həyat mümkündürmü?
AZƏRTAC bununla bağlı bəzi məsələlərə nəzər salır. Plastik XX əsrin ixtirasıdır. Qalıq yanacaqlarından hazırlanan ilk plastik – Bakelit 1907-ci ildə icad edilib. Ordudan kənarda istifadə üçün sintetik plastiklərin istehsalı yalnız İkinci Dünya müharibəsindən sonra başlayıb. O vaxtdan bəri plastik istehsalı demək olar hər il artıb, 1950-ci ildəki iki milyon tondan 2015-ci ildə 380 milyon tona çatıb. Belə davam edərsə, 2050-ci ilə qədər plastik neft hasilatının 20 faizini təşkil edə bilər.
Biz plastikdən müxtəlif üsullarla binalarda, nəqliyyatda, o cümlədən mebeldə, məişət texnikasında, televizorlarda, xalçalarda, telefonlarda, paltarlarda və saysız-hesabsız gündəlik əşyalarda istifadə edirik. Bütün bunlar o deməkdir ki, tamamilə plastiksiz bir dünya real deyil. Plastiksiz dünyanın müsbət tərəfləri olsa da, onun sağlamlığımıza vurduğu zərərli təsirlərindən qaçmalıyıq. Okeanlarda olan plastiklə bağlı məsələyə nəzər yetirək: Nə vaxtsa onların hamısı təmizlənə bilərmi? Üzən plastik materiallarla mübarizəni artırmağın zamanıdır.
ABŞ, Böyük Britaniya, Avstraliya, Yeni Zelandiya və Sakit Okean hövzəsi ölkələri də daxil olmaqla, bir neçə ölkə plastikləri mərhələli şəkildə ləğv etməyi hədəfləyir. Hansı plastiklərin lazımsız, qarşısı alına bilən və problemli olduğunu anlamaq üçün artıq bir təkan var. Bundan da irəli getmək üçün yalnız həqiqətən ehtiyac olan plastiklərdən istifadə etmək lazımdır.
Bu gün insanlar təkcə əşyaları necə istehlak etdiyini deyil, həm də onları sağlamlığa müsbət təsir göstərməsi üçün necə istehsal etməyi düşünməlidir. Çünki plastik tamamilə aradan qaldırılsa, həyatın tempi yavaşlayar. İnsanlar isə həyatda cəld olmağı üstün tuturlar.