DünyaGündəlikTexnologiya

Pentaqon “ChatGPT”ni dezinformasiya üçün ideal alət adlandırıb

Pentaqonun rəqəmsal texnologiya və süni intellekt direktoru Kreyq Martell “ChatGPT” çatbotunu dezinformasiya yaymaq üçün ideal alət adlandırıb.

Turanews.kz xəbər verir ki, bu barədə “Breaking Defence” məlumat yayıb.

O, “ChatGPT” kimi generativ süni intellekt sistemlərinin inkişafından qorxduğunu etiraf edib.

Mütəxəssis qeyd edib ki, onun “ChatGPT” ilə bağlı ən böyük narahatlığı botun öz fikirlərini sərbəst ifadə etməsi ilə bağlıdır:

“İstifadəçilərdə bu sistemin nüfuzlu olduğu təəssüratı yarana bilər. İnsanlar səhv etsə belə, ona inanmağa başlayacaqlar. Bu o deməkdir ki, o, dezinformasiya yaymaq üçün mükəmməl vasitədir”.

 

TuraNews

Back to top button