
Özbəkistanda hərbi helikopter qəzaya uğrayıb.
TuraNews.kz-in məlumatına görə, bu barədə Özbəkistan Müdafiə Nazirliyi bildirib.
Məlumata əsasən, Özbəkistan Silahlı Qüvvələrinə məxsus “Mi-8” helikopteri təlim uçuşu zamanı qəzaya uğrayıb.
Qəza nəticəsində helikopter heyətinin həlak olduğu bildirilib. Hazırda xüsusi komissiya hadisənin səbəblərini araşdırır.