DünyaGündəlik

Nazir: Mərkəzi Asiya dünyanın bərpa olunan enerji mənbələri ilə ən zəngin regionlarından biridir

Özbəkistan da regionun bütün digər ölkələri kimi bərpa olunan enerji mənbələrinin (BEM) istehsalı planında dünyanın ən zəngin ölkələrindən biridir.

Turanews.kz Trend-e istinadən xəbər verir ki, bunu 2-ci Daşkənd Beynəlxalq İnvestisiya Forumunun (TIIF-2023) açılışında Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Suheyl əl-Mazrui deyib.

Nazir bu gün Özbəkistanın son dərəcə cəlbedici investisiya istiqaməti olduğunu qeyd edib.

“Ölkə yenidən şəkillənən qanunvericiliyi sayəsində biznes imkanlarının diversifikasiya olunmuş portfelini təklif edir. Masdar kimi şirkət Özbəkistanın enerji sektorunda öz layihələrini həyata keçirməyə davam edir”, – o deyib.

Qeyd edək ki, Özbəkistanda təkcə bu il ümumi gücü 900 meqavat olan üç BEM layihəsi istismara veriləcək.

(Tərcümə: Rəna Əbdürəhmanova)

TuraNews

Back to top button