Dünya

NASA-nın ən güclü raketi orbitə buraxıldı

NASA-nın SLS-Orion kosmik gəmisinin orbitə buraxıldığı bildirilib.

Amerika “Milli Aeronavtika və Kosmos İdarəsi” NASA-nın ən böyük kəşfiyyat raketi olan və Yunan Ay ilahəsi Artemidanın (Artemis) adını daşıyan kosmik gəmi Florida ştatının Kanaveral bölgəsində yerləşən Kennedi Kosmik Bazasından orbitə buraxılıb, Bu barədə Banco.az bildirilib.

Sözügedən uçuş daha əvvəl raketin yanacaq çənindəki sızma səbəbindən iki dəfə təxirə salınmışdı.

NASA-nın Dərin Kosmos Kəşfiyyat Sistemlərinin ilk inteqrasiya olunmuş uçuş testini həyata keçirəcək “Artemis I” missiyası müvəffəqiyyətli olarsa, NASA kosmonavtları 2024-cü ildə Ayın ətrafında uça, 2025-ci ildə isə Aya enə biləcəklər.

TuraNews

Back to top button