Dünya
Monteneqroda prezident seçkilərinin ikinci turu keçirilir
Aprelin 2-də Monteneqroda prezident seçkilərinin ikinci turu keçirilir.
AZƏRTAC xəbər verir ki, martın 19-da keçirilən seçkilərin ilk turunda ən çox səs toplayan hazırki Prezident Milo Cukanoviç və Avropa Hərəkatının rəhbəri Yakov Milatoviç ikinci turda mübarizə aparırlar.
Dövlət Seçki Komissiyasının məlumatına görə, 542 min 154 nəfər ölkə daxilində və xaricdə səsvermə hüququna malikdir.
61 yaşlı Milo Cukanoviç 1990-cı ildə çoxpartiyalı sistemə keçən Monteneqroda altı dəfə Baş nazir, iki dəfə (1997-2003 və 2018-2023-cü illər) prezident olub. Onun səlahiyyət müddəti mayın 19-da başa çatacaq.
Xatırladaq ki, prezident seçkilərinin ilk turunda seçici fəallığı 63,1 faiz olub, M.Cukanoviç səslərin 35,3 faizini, Y.Milatoviç isə 29,2 faizini toplayıb.