Dünya
Meksika prezidenti üçüncü dəfə koronavirusa yoluxub
Meksika prezidenti Andres Manuel Lopes Obrador yenidən koronavirusa yoluxduğunu, lakin özünü yaxşı hiss etdiyini deyib.
Turanews.kz xəbər verir ki,, bu barədə dövlət başçısı öz “Twitter” səhifəsində yazıb.
“COVID-19 üçün testim pozitiv çıxıb. Xəstəlik ağır keçmir. Ürəyim 100 faiz işləyir”, – deyə o bildirib.
Meksika prezidenti Yukatan ştatına səfərini təxirə salmaq məcburiyyətində qaldığını və yaxın günlərdə ənənəvi səhər mətbuat konfransları keçirməyəcəyini də bildirib.
69 yaşlı prezident üçüncü dəfə COVID-ə yoluxub. İlk dəfə o 2021-ci ilin yanvarında koronavirusa yoluxub.