Siyasət

Məhərrəm İncə prezidentliyə namizədliyini geri götürüb

Türkiyənin Məmləkət Partiyasının sədri Muharrem İnce prezidentliyə namizədliyini geri götürüb.

Bu barədə Muharrem İncə təşkil etdiyi mətbuat konfransında bildirib. Muharrem İncə namizədliyini geri götürsə də, seçicilərdən parlament seçkilərində partiyasına səs verməsini istəyib.

İncənin namizədliyini geri götürməsindən sonra Türkiyedə mayın 14-də keçiriləcək prezident seçkilərində mübarizə aparacaq namizədlərin sayı 3-ə düşüb.

Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır.

 

TuraNews

Back to top button