DünyaGündəlikİqtisadiyyat

Mərkəzi Asiyada ən böyük külək turbini quraşdırıldı

“Saudi ACWA Power” Mərkəzi Asiyada ən böyük külək turbinini quraşdırıb.

Turanews.kz TurkicWorld-ə həbər verir ki, sahəsində dünya lideri olan “ACWA Power” şirkəti Özbəkistanın Buxara şəhərində 500 MVt gücündə ilk külək turbinini uğurla quraşdırıb.

“Envision” şirkətinin külək turbinləri 6,5 MVt gücü ilə Mərkəzi Asiyada öz növünün ən böyüyüdür. Külək turbini və generatoru Mühəndislik, Satınalma və Tikinti (EPC) podratçısı “China Energy Engineering Corporation” (CEEC) tərəfindən yığılıb.

2025-ci ilin birinci rübündə tamamlandıqdan sonra ölkə 79 külək turbininə sahib olacaq və bu qurğuların ildə 1650 geqavatt/saatdan çox elektrik enerjisi istehsal edərək, karbon emissiyalarını ildə 750 ton azaldacağı gözlənilir.

Qeyd edək ki, “ACWA Power”ın Özbəkistandakı portfelinə ümumi investisiya dəyəri 7,5 milyard ABŞ dolları olan 10 layihə daxildir.

TuraNews

Back to top button