Gündəlik
Kamçatkada 5,0 bal gücündə zəlzələ olub
Kamçatkanın Avaça körfəzində 5,0 bal gücündə zəlzələ baş verib, Petropavlovsk-Kamçatskidə 2-3 bal gücündə təkanlar hiss edilib.
Bu barədə Kamçatka diarı üzrə Rusiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin mətbuat xidməti bildirib.
Bildirilib ki, zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhər dairəsindən 74 km cənubda, Avaça körfəzi sularında yerləşib.
İlkin məlumata görə, ölən və dağıntılar yoxdur. Sunami təhlükəsi elan edilməyib.