Türkiyənin müvafiq qurumları tərəfindən verilən məlumata görə, İstanbulun İstiqlal prospektində baş verən partlayış nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur.
Bu barədə AZƏRTAC-a ölkəmizin İstanbuldakı Baş konsulluğundan bildirilib.
Xatırladaq ki, noyabrın 13-də baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər xəsarət alıb. Xəsarət alanların 50 nəfəri ilkin yardım göstərildikdən sonra evə buraxılıb. Hazırda xəstəxanalarda müalicə alan 31 yaralı var. Onlardan səkkizi xarici ölkə vətəndaşlarıdır.