DünyaGündəlik

İstanbulda baş verən partlayış nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur

Türkiyənin müvafiq qurumları tərəfindən verilən məlumata görə, İstanbulun İstiqlal prospektində baş verən partlayış nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Bu barədə AZƏRTAC-a ölkəmizin İstanbuldakı Baş konsulluğundan bildirilib.

Xatırladaq ki, noyabrın 13-də baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər xəsarət alıb. Xəsarət alanların 50 nəfəri ilkin yardım göstərildikdən sonra evə buraxılıb. Hazırda xəstəxanalarda müalicə alan 31 yaralı var. Onlardan səkkizi xarici ölkə vətəndaşlarıdır.

TuraNews

Back to top button