İran Rusiya ilə viza rejimini tam olaraq ləğv etməyə hazırdır.
Turanews.kz Trend-e istinaden xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazem Calali “İzvestiya” qəzetinə müsahibəsində deyib.
O bildirib ki, hazırda bu məsələ ilə bağlı İran rəsmilərinin müvafiq qərarı gözlənilir. Bundan sonra sözügedən tədbirlər təsdiq və tətbiq olunacaq.
Qeyd edək ki, tərəflər arasında 2021-ci ilin iyulunda əldə olunan sazişə əsasən, iki ölkə vətəndaşları 50 nəfərə qədər qrup daxilində vizasız olaraq turistik məqsədlərlə qarşılıqlı səfərlər edə bilər. Bu səfərlərin müddəti isə 15 gündən çox olmamalıdır.