“iPhone 15” təqdim olundu
“Apple”ın maraqla gözlənilən “Wonderlust” tədbiri keçirilib.
Turanews.kz Trend-ə istinaden xəbə verir ki, tədbirin açılışında “Apple” cihazları, xüsusilə “iPhone 15”, “iPhone 15 Plus”, “iPhone 15 Pro”, “iPhone 15 Pro Max” haqqında məlumat verilib.
Bakı vaxtı ilə saat 21.00-da başlayan canlı yayım, keçən il olduğu kimi, bu il də “Apple Park” şəhərciyindəki “Steve Jobs Theater”də baş tutub.
Yeni model əvvəlki modellə o qədər də fərqli xüsusiyyətlərə malik olmayıb. “iPhone 15” modelinin nəzərəçarpan fərqliliyi “Type-C” portundan istifadə xüsusiyyətidir.
Digər xüsusiyyətlər isə 2000 nit parlaqlığa malik ekran və “iPhone 14 Pro” və “iPhone 14 Pro Max”da olan 48 meqapiksellik kameranıdır.
“iPhone 15 Pro” və “iPhone 15 Pro Max”da olan yenilik isə gövdə materialının titandan olmasıdır. Bundan əvvəlki modellərdə poladdan olduğu üçün ağır sayılırdı. Titan sayəsində yeni model ən yüngün “pro” model olub.
Eyni zamanda, “pro” seriyada səsi artırıb-azaltma düyməsi əvəzinə, sıxılabilən və müxtəlif funksiyalara inteqrasiya ediləcək düymə quraşdırılıb. Kamerada əsas dəyişiklik ondan ibarətdir ki, burada 5 dəfəyə qədər (5X) yaxınlaşdırma dəstəklənir.
Bu, əvvəlki modeldə 3X idi. Nəhayət, “iPhone 15 Pro” və “iPhone 15 Pro Max” prosessorunda da yenilik olub. Hazırkı modeldəki prosessor yeni “Apple A17 Bionic” çipindən güc alır. Bu çip dünyada mobil prosessorlar arasında 3 nanometrlik ən güclü prosessordur.
Modellərin Amerika bazarında qiymətləri bu cürdür:
“iPhone 15 128GB” – 799$ (1358 manat)
“iPhone 15 Plus 128 GB” – 899$ (1528 manat)
“iPhone 15 Pro 128 GB” – 999$ (1698 manat)
“iPhone 15 Pro Max 256 GB” – 1199$ (2038 manat)