Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 10-da Qazaxıstana rəsmi səfər edəcək.
Turanews.kz xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə baş tutacaq səfər zamanı iki ölkə liderinin Astanada məhdud və geniş tərkibdə görüş keçirməsi planlaşdırılır.
Bildirilib ki, danışıqlar zamanı Qazaxıstan və Azərbaycan arasında strateji tərəfdaşlığın inkişafının əsas məsələləri müzakirə olunacaq.