Dünya

Hulusi Akar Azərbaycanda medal ilə təltif edilib

Azərbaycanda səfərdə olan milli müdafiə naziri Hulusi Akar görüşlərini davam etdirir.

Akarın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev ilə görüşüb.

Görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əlaqələrin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Milli müdafiə naziri H.Akar “Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə” medalı ilə təltif edilib. Medalı qonağa M.Quliyev təqdim edib.

Səmimi görüşə görə nazir M.Quliyevə təşəkkürünü bildirən H.Akar Ermənistanın təxribatlarının qarşısını alarkən şəhid olan hərbi qulluqçuların yaxınları və ailə üzvlərinə başsağlığı verib, yaralılara şəfa diləyib. İşgüzar səfər çərçivəsində baş tutan bu görüşün Azərbaycan və Türkiye arasında hərbi-texniki sahədə olan əməkdaşlığın daha da inkişafında önəmli rol oynayacağını qeyd edib.

Source
TRT

TuraNews

Back to top button