Gündəlik

Heydər Əliyevin 100 illiyi ilə bağlı yubiley medalı təsis edilir – Layihə təsdiqləndi

Heydər Əliyevin 100 illiyi ilə bağlı yubiley medalı təsis ediləcək.

Turanews.kz-nin məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirə edilib.

Deputatlar ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri, Azərbaycan dövlətçiliyi uğrunda gördüyü işlər haqqında danışıb.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.

TuraNews

Back to top button