Həyat

“Heydər Əliyev İli”nə həsr olunan inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

İmişli rayonunda məktəblilər arasında keçirilən “Heydər Əliyev İli”nə həsr olunan “Yüksəkliyin Heydər Əliyev zirvəsi” adlı inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə YAP fəalları, məktəb direktorları, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, şəhidlərin və Türkiyədə zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, Ulu Öndər Heydər Əliyev bütün ömrünü sevdiyi xalqına, onun müstəqilliyinə, dövlətçiliyinə xidmətə həsr edib, ümumxalq sevgisi və məhəbbəti qazanıb.

Digər çıxış edənlər də dahi rəhbərin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən söz açıblar. Bildirilib ki, Azərbaycan müstəqilliyinin ilk illərində Heydər Əliyevin rəhbərliyi altında zamanın çətin sınaqlarından şərəflə çıxıb.

Sonda inşa yazı müsabiqəsində qalib gələn şagirdlərə diplom və xatirə hədiyyələri təqdim edilib.

TuraNews

Back to top button