Gündəlik

Hatayda 6,4 bal gücündə zəlzələ: 4 nəfər həyatını itirdi, 294 nəfər yaralandı

Hatay vilayətinin Defne qəsəbəsində fevralın 20-də yerli vaxtla saat 20:04-də 6,4 bal gücündə zəlzələ olub. Saat 20:07-də isə yenə Hatayın Samandağ qəsəbəsində 5,8 bal gücündə zəlzələ baş verib. Zəlzələlər nəticəsində 4 nəfər həyatını itirib, 18-i ağır olmaqla 294 nəfər yaralanıb.

Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayaraq bildirib ki, 32 yeraltı təkan qeydə alınıb.

Episentri Hatay vilayətinin Defne qəsəbəsində olan yeraltı təkanlar ətraf vilayətlərdə də hiss edilib. Zəlzələ 16,7 kilometr dərinlikdə qeydə alınıb.

Source
TRT Net

TuraNews

Back to top button