DünyaSiyasət

Hakan Fidan Almaniyalı həmkarı ilə görüşüb

Türkiyənin xarici işlər naziri Hakan Fidan Nyu-Yorkda almaniyalı həmkarı Annalena Berbokla görüşüb.

Turanews.kz Trend-ə istinaden xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi X (Tvitter) sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, tərəflərin BMT Baş Assamableyasının Nyu-Yorkda keçirilən 78-ci sessiyasında çərçivəsində görüşü “Türkevi” binasında baş tutub.

Qeyd olunub ki, görüşdə bir sıra məsələlər, o cümlədən Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlük məsələsi, gömrük ittifaqı çərçivəsində əlaqələrinin yol xəritəsinin yenilənməsivə viza rejiminin liberallaşması prosesi, Qara dəniz taxıl təşəbbüsü, İsveçin NATO-ya üzvlük məsələsi, o cümlədən iqlim dəyişikliyi məsələləri müzakirə olunub.

TuraNews

Back to top button