Dünya

Gürcüstanda 4,2 maqnitudalı zəlzələ olub

Gürcüstanda 4,2 maqnitudalı zəlzələ baş verib.

Trend.az Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə Milli Seysmik Monitorinq Mərkəzinin saytında məlumat verilib.

Zəlzələ ocağı Tbilisidən 62 km məsafədə, Dmanisi şəhərində yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur. Yeraltı təkanlar Tbilisinin bir sıra rayonlarında hiss olunub.

Gürcüstanda sonuncu dəfə fevralın 21-də Ozurgeti şəhərində 3 maqnitudalı zəlzələ qeydə alınıb.

Gürcüstan orta seysmik aktivlik dərəcəsinə malik ölkədir. Gürcüstanda ən güclü zəlzələ 1991-ci ildə Raça və İmereti bölgələrində (Qərbi Gürcüstan) qeydə alınan 7,0 maqnitudalı zəlzələ olub. Episentrdə intensivlik 9 bal olub. Zəlzələ 200-ə yaxın insanın ölümünə, təqribən 46 min evin və minlərlə sənaye obyektinin dağılmasına səbəb olmuşdu.

TuraNews

Back to top button