
Gürcüstan prezidenti Salome Zurabişvili Avropa liderləri ilə görüşlərə başlayır.
Turanews.kz xəbər verir ki, bu barədə Gürcüstan prezidentinin administrasiyasından bildirilib.
Məlumata əsasən, görüşlər Gürcüstana Aİ-yə namizəd ölkə statusunun verilməsinə dəstək məqsədilə keçiriləcək.
Qeyd edək ki, ilk görüşün avqustun 31-də Berlində Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə keçirilməsi planlaşdırılıb.