Dünya

Fransanın Marsel şəhərində yaşayış binası uçub

Bazar gününə keçən gecə Fransanın Marsel şəhərinin mərkəzində yaşayış binası uçub.

Turanews.kz xəbər verir ki, bu barədə “France 3” telekanalına şəhər meri Benua Payan deyib.

Mer qeyd edib ki, bitişik binaların sakinləri təxliyə edilib. O əlavə edib ki, hazırda hadisə yerində yanğın davam edir və bu, axtarış tədbirlərinə mane olur.

“İndi mən sizinlə danışanda binanın uçmasının dəqiq səbəblərini bilmirik, amma ciddi şəkildə partlayış olduğundan şübhələnirik”, – deyə o qeyd edib.

TuraNews

Back to top button