Gündəlik

FHN-in Türkiyədə olan çevik xilasetmə qüvvələrinin bir hissəsi ölkəmizə qayıdıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkədə olan Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələrinin bir hissəsi bu gün təyyarə ilə ölkəmizə qayıdıb.

Turanews.kz xəbər verir ki, xilasediciləri gətirən təyyarə bu dəqiqələrdə Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.

Hava limanında onları qarşılama mərasimində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov, Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı və digər rəsmi şəxslər iştirak edib.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.

TuraNews

Back to top button