Gündəlik

FHN-in növbəti humanitar yardımı Türkiyeyə yola salınıb

Humanitar yardımı daşıyan təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanından Türkiyenin Adana şəhərinə istiqamət alıb.

Türkiyedə baş vermiş güclü zəlzələdən əziyyət çəkən insanlara dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) növbəti yardımı xüsusi təyyarə ilə yola salınıb.

Nazirliyin nümayəndəsi Ərəstun Əliyevin sözlərinə görə, təyyarə ilə yola salınan humanitar yardıma zəlzələdən ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 200 ədəd çadır və 183 ədəd qızdırıcı daxildir.

Humanitar yardımı daşıyan təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanından Türkiyenin Adana şəhərinə istiqamət alıb.

Qeyd edək ki, dövlət başçısının tapşırığına uyğun olaraq, FHN-in daha bir mobil səhra xəstəxanası və digər vasitələrdən ibarət humanitar yardımları növbəti təyyarələrlə Türkiyeyə yola salınacaq.

TuraNews

Back to top button