Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putinin Soçidə görüşü başlayıb.
Turanews.kz bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyanın Soçi şəhərinə yollanıb.
Məlumata görə, iki ölkə liderinin müzakirəsinin əsas mövzusunu təhlükəsizlik məsələləri ilə yanaşı, taxıl sazişinin bərpası təşkil edəcək.